2 May 17:01
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmət əməkdaşları tərəfindən Kür və Ağstafaçay çaylarından, Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından, eyni zamanda Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Xəzərin Astara rayonu akvatoriyasından ümumilikdə 5295 metr uzunluğunda 93 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.

Aksiya çərçivəsində digər su hövzələrində də tədbirlər davam etdirilir.


Müəllif: Teleqraf.com