00:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvanın yeni çağırış Seymi keçmiş baş nazir, “Litva Naminə” koalisiyasının sədri Saulius Skvernelisi spiker seçib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Litvanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, Seymin 107 deputatı siyasətçinin namizədliyinin lehinə, 19 deputat əleyhinə səs verib, 10 deputat bitərəf qalıb.

Qeyd edildiyi kimi, yeni çağırış parlamentdə üç partiyadan - parlament seçkilərində qalib gələn "Litva Sosial Demokrat" Partiyası 52 mandatla, "Zarya Nemunas" Partiyası 20 mandatlı və "For" partiyası 14 nümayəndə ilə hakim koalisiya quracaq.


Müəllif: Arzu

Oxşar xəbərlər