00:21
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Real" (Madrid) klubu uzun müddət zədədən əziyyət çəkən futbolçusu David Alabanı satmaq niyyətində deyil.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ötən il çarpaz bağı yırtılan avstriyalı müdafiəçi 2025-ci ildə meydanlara qayıdacaq.

"Kral klubu"nun rəhbərliyi ona güvəndiyi üçün yollarını ayırmağı düşünmür.

Qeyd edək ki, D.Alaba ötən mövsüm La Liqanın XVII turunda, "Vilyarreal" ilə matçda ciddi zədə almışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər