14 Noyabr 12:31
1 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Uşaqlıqdan bəri xaraktercə tərsəm. Və bu özəlliyimi sevirəm. Xaricdə hamı mənim kimi düşünür, yaşayır, burda isə mənim varlığım bir manifestdir, bir duruşdur. Ona görə də burada olmaq istəyirəm".

Teleqraf.com Türkiyə mətbuata istinadla xəbər verir ki, bu sözləri türk aktrisa Nilpəri Şahinkaya moda jurnalına müsahibəsində deyib.

Hazırda “Erşan Kuneri” serialı və “Gəlin komandası” filmi ilə gündəmdə olan aktrisa özü barədə maraqlı məqamlara toxunub.

“2024-cü il mənim üçün daşlar yerindən oynadı. Çox hərəkətliydi və içində olduğum hər bir işdə sınaqdan keçdim. Tunelin sonunda işıq olduğunu xatırlamağa və həyata güvənməli olduğumu öyrənməyə məcbur oldum. Həyatımın transformasiya dönəmindəyəm. Bu gedişatın hara gedəcəyi məni də çox maraqlandırır.

Özümə güvənməli olduğumu öyrənirəm. Yavaş, lakin əminliklə irəliləməyə çalışıram.

Təəssüf ki, bizim sektorda qruplaşma var. Qrupdan kənarda qalan nə qədər istedadlı olsa da, yolunu tapmaqda çətinlik çəkir.

Məni narahat edən bir çox durumla üz-üzə qaldım, kiminsə qəlbini qırmaq istəməzkən mənə çox ayıb etdilər. Artıq qəlb qırmaq sarıdan iki dəfə düşünmürəm. Sərhədləri çəkmək vacibdir”.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər