"ABŞ prezidenti Co Bayden gələn yanvarda vəzifəsini tərk etməzdən əvvəl Kiyevə 7 milyard dollardan çox ABŞ silahı çatdırmaq ABŞ Müdafiə Nazirliyi üçün çətin məsələ olacaq".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə deyib.
"ABŞ Prezidenti Co Bayden Konqresin ayırdığı bütün vəsaitləri səlahiyyət müddəti başa çatana qədər xərcləmək istədiyini açıq şəkildə bildirdi. Bunu reallaşdırmaq üçün çox çalışmalıyıq. Hesab edirəm ki, yaxın aylarda siz anbarda olanlardan [silah] paketlərinin ayrılmasının davamını görəcəksiniz", - deyə o bildirib.
Qeyd edək ki, bu həftənin əvvəlində Pentaqonun sözçüsü Patrick Ryder bildirib ki, ABŞ Müdafiə Nazirliyinin PDA (Prezident Dewdown Authority) mexanizmi vasitəsilə Ukraynaya 7 milyard dollardan çox yardımı var.