Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketini 2025-ci il fevralın 24-dək qəbul edə bilər.
"Aİ daha böyük sanksiyalar paketi üzərində işləyir" - məlumatda deyilir.
Agentliyin məlumatına görə, bu sanksiyalar paketinə əlavə ticarət məhdudiyyətləri, habelə Rusiyanın kənd təsərrüfatı məhsullarına əlavə rüsumlar daxil ola bilər.