14 Noyabr 15:19
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda məşhur moda brendi Elie Saabın 45 illik yubileyinə həsr olunmuş möhtəşəm şou keçirilib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, tədbirdə uzun illər livanlı dizaynerlə əməkdaşlıq edən şou-biznes ulduzları bir araya gəlib və ən məşhur modellər podiuma çıxıblar.

Tədbirə Selin Dion, stilist Lau Roaç, Monika Bellucci, Holli Berri, Rosie Haltinqton Vaytli və başqaları qatılıb.

58 yaşlı aktrisa Holli Berri 2002-ci ildə "Canavarın topu" filmindəki roluna görə ilk və indiyə qədər yeganə “Oskar”ını aldığında məhz Elie Saab geyimində səhnəyə çıxdı. Məhz o geyimdən sonra Beyrutdan olan dizayner Hollivudda geniş tanınmağa başladı və məşhur aktrisalar onun paltarları üçün növbəyə düzüldülər.

60 yaşlı Elie Saab gecə və gəlinlik paltarlarının ən məşhur dizaynerlərindən biridir, onun dizaynları tez-tez qırmızı xalçada ulduzlar tərəfindən geyilir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər