Ukrayna prezidenti postuna namizədlərin adı açıqlanıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ukraynalı deputat Aleksandr Dubinski öz "Telegram" kanalında bildirib.
Deputatın sözlərinə görə, əsas namizədlər Kiyev meri Vitali Kliçko, Ukraynanın Londondakı səfiri Valeri Zalujnı və Ukrayna lideri Vladimir Zelenskidir.
Dubinskinin sözlərinə görə, Kliçko Ukrayna prezidentliyinə potensial namizəddir. Rada deputatının qeyd etdiyi kimi, Kliçkonun namizədliyi Rusiyaya “uyğundur”.
"Dövlət başçısı postuna digər iddialı isə Zalujnıdır. Ukraynanın Rusiya Federasiyası və Avropa İttifaqı arasında bölünməsi lazım gələrsə, o, ideal variantdır. Eyni zamanda, Zalujnı Pinçuk-Kuçma klanındandır" - deputat hesab edir. Deputat bildirib ki, bundan başqa, Zelenskinin özü də ikinci müddətə yenidən seçilə bilər.