19 İyun 2023 13:22
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 12-də Bakı şəhər sakini olan bir qadının bank kartından hesabındakı 2000 manatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov