01:03
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Roma”nın və İtaliya millisinin sabiq hücumçusu, 48 yaşlı Françesko Totti karyerasını davam etdirə və “A” Seriyasının “Komo” klubu ilə müqavilə bağlaya bilər.

Teleqraf.com xəbər verir ki, Totti mövsümün sonuna qədər “Komo”ya keçməyi ciddi şəkildə düşünür.

Futbolçu bütün karyerasını bir klubda keçirib. Totti 1992-2017-ci illərdə “Roma”da 25 mövsüm oynayıb. O, 785 oyun keçirib, 307 qol vurub və 207 məhsuldar ötürmə edib. “Roma” ilə birlikdə Totti 2001-ci ildə İtaliya çempionu olub.

İtaliya millisində 58 oyuna çıxan futbolçu 9 qol vurub, 25 məhsuldar ötürmə verib. O, həm də 2006-vi ildə dünya çempionu olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər