27 Oktyabr 21:13
233
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Teleqraf.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XI turda "Şamaxı" ilə üz-üzə gəlib.

Qarşılaşma "köhlən atlar"ın qalibiyyəti ilə yekunlaşıb - 3:0.

47-ci dəqiqədə Toral Bayramov penaltini dəqiq yerinə yetirib. 66-cı dəqiqədə Redon Cica fərqi daha da artırıb. 84-cü dəqiqədə isə Yasin Benziya yekun hesabı müəyyənləşdirib.

Hazırda lider olan Ağdam təmsilçisi qələbə sayəsində xallarının sayını 27-yə çatdırıb. 12 xalı olan qonaqlar 6-cı sırada qalıb.

Qeyd edək ki, XI turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"i (2:1), "Sumqayıt" "Səbail"i (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" matçında (1:1) və "Sabah" - "Neftçi" görüşündə (0:0) qalib müəyyənləşməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər