19:27
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real Madrid"in hücumçusu Vinisius Junior "Qızıl top"u qazana bilməyəcək. Onun əvəzində isə mükafatın sahibi “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Nəşr iddia edir ki, braziliyalının qələbəsi ilə bağlı yayılan məlumat yalan olub və birinci yeri Rodri qazanıb.

"Real Madrid"in nəticələrdən şoka düşdüyü də bildirilir. Klubdan heç kim mükafatlandırma mərasimində iştirak etməyəcək.

Mükafatlandırma mərasimi oktyabrın 28-də Parisdə baş tutacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər