30 Yanvar 2016 14:48
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ"nin futbolçusu Sergey Zenyov zədələnib.

"Report"un məlumatına görə, estoniyalı hücumçu "Kəpəz"lə Azərbaycan Premyer Liqasının XIX tur matçının 13-cü dəqiqəsində xəsarət alıb.

O, Gəncə komandasının futbolçusu ilə toqquşma nəticəsində başından zərbə alaraq, yerə sərilib. Oyuna davam etdirə bilməyən 27 yaşlı forvardı Aleksey Antonov əvəzləyib. Zenyov təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hazırda "Kəpəz" öndədir - 1:0. Yeganə qolu 26-cı dəqiqədə Jülyen Ebah vurub.


Müəllif: