14 May 22:30
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda demokratiya pozulacağı təqdirdə ABŞ Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyalar tətbiq edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen Tbilisidə mətbuat konfransında deyib.

"Əgər [xarici agentlər haqqında] qanun Avropa İttifaqı normaları ilə əlaqələndirilmədən irəliləsə və demokratiyaya zərbə vurularsa, eləcə də dinc nümayişçilərə qarşı zorakılıq olarsa, ABŞ-dan məhdudiyyətlər gələcək. Məsul şəxslər və onların ailələri üçün maliyyə və səyahət məhdudiyyətləri olacaq", - deyə o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər