Türk aktrisa Badə İşcil ötən gün "Bəbək Parkı"nda idman edərkən görüntülənib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.
Aktrisa sevgilisinin olmadığını bildirib:
“Sevgilim yoxdur. Olması üçün çalışmıram, axtarmıram da... Sevgidən küsməmişəm. Amma deyəsən, heç kimi özümə layiq görmürəm. Görüşdüyüm və bir şeylər hiss etdiyim heç kim olmadı".
Aktrisa 2013-2016-cı illər arasında iş adamı Malkoç Sulap ilə ailəli olub və Azur adlı bir oğlu var.