13 Aprel 2022 16:40
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bu gün koronavirus infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 1 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 792 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 416 nəfər müalicə olunaraq sağalıb, 9 704 nəfər vəfat edib. 185 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 343, bu günə qədər isə ümumilikdə 6 755 203 test icra olunub.


Müəllif: Teleqraf.com