Azərbaycan gəncliyi Vətən müharibəsindəki şücaəti, mərdliyi, qəhrəmanlığı ilə özünü göstərdi.
Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Onun sözlərinə görə, gənclər vətəni təmsil etmək üçün hər bir sahədə ön cərgələrdə olmalıdırlar:
“Vətən müharibəsində döyüşənlərin əksəriyyəti gənclər idi. Vətən və millət sevgisi bu gənclərdə çox yüksək idi. Buna görə də hesab edirəm ki, müharibədə gənclər qalib gəldilər. Qürür duyuram ki, belə gəncliyimiz var. Gənclərin ən mübarizləri Vətən müharibəsində iştirak etdilər.
Gənclərimizə tövsiyə edirəm ki, onlara oxşasınlar. Vətəni, milləti sevmək lazımdır. İdeologiya vətən, millət, türkçülük anlayışlarından ibarət olmalıdır. Bu ideologiya ilə addımlasalar, biz dövlətimizi daha da möhkəmləndirə bilərik. Düşməni təkcə müharibədə yox, həm təhsillə, həm mədəniyyətlə, həm də ədalətlə məğlub etməliyik. Bunların hamısı gənclərimizdə toplaşsa, bütün ölkələrdən öndə addımlayarıq. Çünki gələcəyimiz bu gənclərdir”.