3 Yanvar 2023 10:59
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda qida məhsullarının istehsalında artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a daxil olan məlumatda belə deyilir.

Belə ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 8,0 faiz artım, içki istehsalında 4,7 faiz, tütün məmulatlarının istehsalında isə 4,9 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 65,5 faiz, qənd və şəkər tozunun istehsalı 10,4 faiz artmış, duru bitki yağlarının istehsalı isə 6,4 faiz azalıb.

Ümumilikdə emal sənayesində 2022-ci ilin yanvar-noyabr aylarında 16 milyard 071,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.


Müəllif: Teleqraf.com