7 Yanvar 2019 18:42
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Niğdədə market”ə eşşəklə gələrək, alış -veriş edən və aldığı məhsulları heyvanın üzərindəki heybəyə dolduran vətəndaşın sözügedən ticarət mərkəzinin müdiri olduğu ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, bu görüntülərə görə polis şöbəsinə çağırılan Halil Günün zarafat etdiyi məlum olub.

Marketlərdə alış-veriş paketlərinin 1 yanvar tarixindən etibarən pullu satılmağa başlamasının ardından, buna ölkənin müxtəlif bölgələrindən sosial media vasitəsilə reaksiyalar verilməyə başlanıb.

Qeyd edək ki, marketdə işləyənlərin təəccüblü baxışları arasında alış- veriş edən kişinin hərəkətlərini ətrafda olanlar mobil telefonlarla çəkərək sosial mediada yayıb.

Həmin görüntülər izləmə rekordu qırıb.


Müəllif: Aytən

Oxşar xəbərlər