12 Dekabr 2019 18:15
2 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Suriyanın şimalında apardığı hərbi əməliyyatlar bu bölgənin türkləşməsinə səbəb olub”.

Teleqraf.com xəbər verir ki, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri deyib.

Suriyalı diplomat Astanada (Qazaxıstan) Suriyanın şimalındakı türkləşmə prosesi barədə müzakirə aparıldığını bildirib:

“Bölgədə türk bayraqları asırlar, məktəblərə türkləri cəlb edirlər. Bu beynəlxalq hüquq normalarına ziddir”.

Bəşər Cəfəri baş verənlərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ittiham edib: “Bunu Türkiyə hakimiyyəti edir. Bu məsələ apardığımız danışıqlarda əsas müzakirə mövzularından biridir. Türkiyənin belə hərəkətlərinin təhlükəsizliyimizi təhdid etdiyini bildirdik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər