29 Dekabr 2019 11:43
2 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əldə etdiyimiz razılaşmaya sadiqik. Rusiyanın da bu razılaşmaya sadiq qalacağına ümid edirik. Gözləyirik. Biz heç bir şəkildə 12 müşahidə məntəqəsini boşaltmayacağıq və buradan çıxmayacağıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Türk Silahlı Qüvvələrinin komandan təmsilçiləri ilə birlikdə Suriya sərhədlərinə gələn Akar burada generallarla müzakirələr aparıb.

Hulisi Akar əlavə edib ki, Türkiyənin Suriya ərazisində olan 12 müşahidə postuna müvafiq təlimat verilib: “Hər hansı bir formada onlara hücum və təcavüz olunarsa, tərəddütsüz qarşılıqlı cavab veriləcək”.

Türkiyə parlamentində Liviyaya hərbi göndərmək məsələsinin müzakirəyə çıxarılacağı haqda suala cavabında müdafiə naziri bildirib ki, türk ordusu ölkənin haqq və mənafelərini qorumaq üçün istər ölkə daxilində, istərsə də xaricində vəzifəsini həyata keçirməyə hazırdır.


Müəllif: Cavad

Oxşar xəbərlər