16 Yanvar 2020 17:09
3 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Türkiyə və Malayziya ilə bağlı ticarəti azaltmaq haqqında qərarından geri çəkilib.

Teleqraf.com xatırladır ki, dünən “Röyter” agentliyi Türkiyə və Malayziyanın Kəşmirdəki müsəlmanlarla bağlı mövqeyindən Hindistanın narahat olduğu, rəsmi Dehlinin bu ölkələrlə bağlı ticarətə yenidən baxacağı məlumatını yaymışdı.

Agentliyə danışan Hindistan rəsmiləri bəyan etmişdi ki, Dehli Türkiyə tərəfindən verilən açıqlamaları xoş qarşılmayıb və bu ölkə ilə ticarətə məhdudiyyətlər gətirmək niyyətindədir.

Ancaq bu gün Hindistan hökuməti əvvəlki mövqeyindən imtina edib.

Hindistanın ticarət naziri Piyuş Koyal bildirib ki, ölkəsi azad ticarətə və hər kəslə bərabər davranmağa maraq göstərir. Onun sözlərinə görə, rəsmi Dehli bu iki ölkəyə məhdudiyyətlər tətbiq etmək hazırlığında deyil.


Müəllif: Cavad