13:33
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakıya gəldiyimə və COP29-da iştirak etdiyimə görə çox şadam. COP29 Azərbaycanda çox uğurlu və yüksək səviyyədə keçirilir".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Pakistan İslam Respublikasının maliyyə naziri Muhammad Aurangzebin deyib.

Pakistan rəsmisi onu da bildirib ki, Azərbaycan və Pakistan arasında iqlim dəyişmələri ilə bağlı ortaq layihələr var:

"Fikrimiz Pakistanı iqlim məsələri üzrə ən dəyərli ölkəyə çevirməkdir. Bu gün də bu mövzu ətrafında fikir mübadiləsi aparılır. COP29-da əsas hədəf olan iqlim maliyyəsi bu il Pakistanın maraq sahəsindədir. Biz iqlim dəyişmələrinə qarşı mübarizəni artırmağa tam sadiqik. Bu gün özəl sektor və dövlət sektorlarında müəyyən sahələrdə yatırımlar edilir. Bunlar da ölkənin inkişafı üçün çox mühüm təsir göstərir".

Maliyyə naziri onu da deyib ki, Azərbaycan və Pakistan arasında investisiya və ixrac axınının potensialı böyükdür:

"Bildiyiniz kimi, Azərbaycan prezidenti İlham Əliyevi Pakistanda ona layiq şəkildə qarşıladıq. Hazırda iki ölkə olaraq investisiya layihələrinə istiqamətlənmişik. Çünki Azərbaycanın və Pakistanın böyük koridor və Qərb koridorunda potensialı güclüdür. İnşallah gələcək aylarda Azərbaycan və Pakistan arasında bu layihələrin inkişafı üçün xüsusi addımlar atılacaq".

Nazir ölkəmiz haqqında təəssüratını da bölüşüb: "Ölkəniz çox gözəldir. Mütləq bir daha istirahət üçün gələcəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər