Fevralın 10-da düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Rahib Nəriman oğlu şəhid olub.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.