4 May 14:17
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Sənəd 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb.

***

Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair saziş təsdiqlənib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.

Sənəd 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb.


Müəllif: Teleqraf.com