2 May 16:48
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Teleqraf.com-a Ağcabədi rayon prokurorluğundan bildirilib.

Mayın 2-də Ağcabədi rayon sakini 1991-ci il təvəllüdlü Nəzmiyyə Məhərrəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1992-ci il təvəllüdlü Elgiz Məhərrəmovun rayonun Sarıcalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində Nəzmiyyə Məhərrəmovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elgiz Məhərrəmov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

15.42

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə mayın 2-də saat 15 radələrində Ağcabədi rayonunun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Məhərrəmova Nəzmiyyə Vitalif qızı bıçaqlanaraq öldürülüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qohumu 1992-ci il təvəllüdlü Məhərrəmov Elgiz Sərhad oğlu saxlanılıb.

Məlum olub ki, Elgiz Məhərrəmov Nəzmiyyə Məhərrəmovanın qaynıdır. Elgizin qardaşı arvadı ilə şəxsi münasibətlər zəminində mübahisəsi baş verdiyi deyilir. Sonda qanlı hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov