17 May 09:41
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Rusiyanın Tuapse şəhərində (Krasnodar vilayəti) neft emalı dronlarla vurulub. Obyektdə yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, “Astra” Teleqram kanalı neftayırma zavodunu alov və tüstünün bürüdüyünü göstərən kadrlar yayıb.

Yerli sakinlər iddia edirlər ki, PUA hücumu məhz Tuapse neft emalı zavoduna olub.

Eyni zamanda, yerli qurumlar bildirirlər ki, bu, sadəcə, zavodun ərazisində pilotsuz təyyarənin partlaması nəticəsində başlayan yanğındır.

Fövqəladə Hallar Xidmətinin yanğının qarşısını aldığı və xəsarət alanın olmadığı qeyd edilir.


Müəllif: Mənsur Rəğbətoğlu