8 Fevral 2020 22:18
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.

Teleqraf.com xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Turun açılış matçında “Sabah” doğma azarkeşləri qarşısında “Qəbələ”ni qəbul edib. Kifayət qədər məhsuldar alınan bu qarşılaşmada hesabı qonaqlar açsa da, sonda qələbəni meydan sahibləri bayram ediblər.

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Keşlə” isə autsayder “Səbail”i sınağa çəkib. Bu oyunda isə qonaqlar minimal hesabla üstün olublar.

Tura bu gün keçiriləcək iki qarşılaşma ilə yekun vurulub. Əvvəlcə “Sumqayıt” “Zirə”ni qəbul edib. Üç qolun, iki qırmızı vərəqənin qeydə alındığı matçda meydan sahibləri qələbə qazanan tərəf olub. Turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Lider “Qarabağ” 8 xal üstün olduğu “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Azərbaycan derbisində qapılara qol vurulmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər