İsveç millisi UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində doğma meydanda Azərbaycanla oyundan öncə daha bir itki ilə üzləşib.
Teleqraf.com xəbər verir ki, "Atalanta"nın futbolçusu İsak Hien millimizlə matçda iştirak etməyəcək. 25 yaşlı müdafiəçi dünən Slovakiya ilə keçirilən görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşüb. Beləliklə, İsveç millisinin daha bir müdafiəçisi Azərbaycana qarşı oynamayacaq.
Xatırladaq ki, daha öncə İsveç millisinin futbolçusu Viktor Lindelöf zədə səbəbi ilə düşərgəni tərk etmişdi.
Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması 19 noyabr tarixində Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.