17:13
203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə III liqasında çıxış edən "Çorluspor 1947" klubunun baş məşqçisi Ersin Aka öldürülüb.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Silahlı hücuma məruz qalan mütəxəssis xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 46 yaşında vəfat edən E.Aka ölkəsində "Karşıyaka" və "Rizəspor" kimi klublarda da işləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər