4 Noyabr 2019 17:52
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində elektrik enerjisinin fasilələrlə verilməsinə səbəb həmin ərazidə profilaktik tədbirlərin aparılması ilə bağlıdır.

Bu sözləri Teleqraf.com-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Köhnə Günəşli qəsəbəsində son bir həftədən etibarən elektrik enerjisinin verilməsində fasilələrin yaranmasıyla bağlı fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gündən etibarən profilaktik tədbirlərə yekun vurulacaq və ərazi elektrik enerjisi ilə tam təmin ediləcək.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər