5 Dekabr 2019 19:39
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsinin Badamdar şosesi ilə Oksford məktəbi arasında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti dekabrın 5-dən 6-na keçən gecədən etibarən qısamüddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Teleqraf.com-a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyyə olunur. AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.


Müəllif: Teleqraf.com