14 Noyabr 00:11
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Futbol Assosiasiyasının prezidenti Denni Cordan korrupsiya şübhəsi ilə saxlanılıb.

Teleqraf.com xəbər verir ki, 73 yaşlı Cordan maliyyə cinayətləri və 1,3 milyon rand (təxminən 72 min dollar) məbləğində dələduzluqda ittiham olunur.

İttihamlara onun təhlükəsizliyini təmin etmək məqsədilə təhlükəsizlik şirkəti ilə, eləcə də federasiyanın direktorlar şurasından yan keçərək ictimaiyyətlə əlaqələr şirkəti ilə müqavilə bağlaması daxildir.

Noyabrın 13-də Assosiasiyanın maliyyə direktoru və adı çəkilən ictimaiyyətlə əlaqələr şirkətinin rəhbəri də həbs olunub. Qısa məhkəmə iclasının ardından hər üç şəxs zaminə buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər