6 Noyabr 18:18
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Günel Məmmədova səhnə fəaliyyətini bərpa edib.

Bu barədə aktrisa Teleqraf.com-a söhbətində deyib.

“Bu ilin mart ayında qızımın dünyaya gəlişi ilə bir müddət teatr səhnəsindən və çəkiliş meydançalarından uzaq qaldım. Ana olmaq böyük məsuliyyətdir və inanılmaz gözəl hisdir. Bu gözəl duyğuya görə Allahıma hər gün şükür edirəm” - aktrisa bildirib.

Səhnə üçün darıxdığını etiraf edən aktrisa indi uşaq tamaşalarını daha başqa şövqlə oynadığını deyir:

“Uşaqları hər zaman çox sevmişəm. Onlar üçün tamaşa oynamaq, onların sevgisini qazanmaq böyük xoşbəxtlikdir. Yenə o tamaşalarda oyunumu davam etdirirəm.

Bir də quruluşçu rejissoru və müəllifi Mehriban Ələkbərzadənin olan “Kod adı – V.X.A” tamaşasında Azərbaycan tarixinin ilk qadın naziri, “Şərq qadını” jurnalının ilk redaktoru, Xalq Maarif Komissarı, Ali Məhkəmənin sədri, ədliyyə naziri Ayna Sultanova rolu ilə səhnəyə çıxıram. Bu tamaşa mənim ən sevdiyim tamaşalarımdan biri olmaqla yanaşı həm də çox dəyərlidir. İllər keçsə belə mənim yaddaşımdan heç vaxt silinməyəcək iz buraxıb. Belə ki, həyatımın ən gözəl anlarını tək yox, ikimizin, yəni qızımla səhnəyə çıxıb oynadığımız məhz bu tamaşa - sevgi, xəşbəxtlik, ümid dolu ən böyük xəzinəm oldu. Bu mənada o tamaşanın yeri tam başqadır”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər