12 Noyabr 09:36
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət sahəsində çalışan işçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində bir çox tədbirlər görülüb, onların mənzil şəraitinin yaxşılaşdırılması və mənzillə təmin edilməsi üçün fərqli mexanizmlər var.

Teleqraf.com xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, güzəştli şərtlərlə mənzillərin əldə edilməsində mövcud mexanizmlərdən istifadə edilməsi üçün müvafiq qurumlarla danışıqlar aparılır.

"Çalışacağıq ki, mədəniyyət işçiləri bu şəraitdən yararlana bilsinlər. Bunun üçün xüsusi şərtlərin mövcud olması müzakirə mövzusudur, müəyyən şərtlər var, növbəlilik prinsipi var. Mədəniyyət sahəsində çalışan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bu mexanizmlər istifadə edilməlidir. Gələcəkdə, təbii ki, əlavə olaraq xüsusi mənzillərin təqdim edilməsi baxımından yeni mexanizmlər mövcud olarsa, onlardan da istifadə etməyi düşünürük".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər