6 Noyabr 14:18
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Doğma torpaq” filminin nümayişi fevral ayına planlaşdırılır”.

Bunu Teleqraf.com-a filmin rejissoru və ssenari müəllifi İlqar Safat deyib.

Onun sözlərinə görə, filmin post-prodakşn mərhələsi tam yekunlaşmayıb:

“Təəssüf ki, bu mərhələ uzun çəkdi. Amma yekunlaşmaq üzrədir. Bircə rəng korreksiyası və səs problemi qalır. Ümid edirəm ki, onlar da tamamlanandan sonra film tezliklə tamaşaçıları ilə görüşəcək”.

Film sovet dövründə daşnakların gizli fəaliyyətindən, azərbaycanlıların Qafandan qovulmasından, Xocalı faciəsindən bəhs edir və 44 günlük Vətən müharibəsi zamanı işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yekunlaşır.

“Doğma torpaq” tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat, quruluşçu operatoru Konstantin Esadze, bəstəkarı Araz Hümbətli, səs rejissoru İvan Qusakov, prodüseri Nəriman Məmmədovdur.

Filmin çəkilişlərində Rüstəm Cəbrayılov, Alina Vorontsova (Rusiya), Hacı İsmayılov, Orxan Abbasov, Məbud Məhərrəmov, Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları iştirak ediblər.

Təşəbbüskarı "Nərimanfilm" kinostudiyası olan “Doğma torpaq” bədii filminin istehsalı həm də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, həmçinin özəl şirkətlər və İctimai Televiziyanın iştirakı ilə həyata keçirilib. Çəkilişləri 2021-ci ildə aparılan filmin bəzi epizodları işğaldan azad olunmuş Şuşa şəhərində çəkilib.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər