İsveçli siyasətçi Patrik Liljegöldə hücum edilib. Siyasətçi solçu olması səbəbindən ağır təhqirlərə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, Patrik Liljegöld İsveçdə fəaliyyət göstərən Sol Partiyasının fəalıdır. Ona hücum iyul ayının sonlarında olub.
Siyasətçi deyib ki, iyulun sonlarında gecə saatlarında evə piyada getmək qərarına gəlib: “Bu zaman bıçaqlı bir şəx mənə hücum etdi. Mənim solçu olmağım səbəbindən ciddi təhqirlərə məruz qaldım. Sonra həmin şəxs mənə “xain” dedi. Bu durum mənə çox pis təsir edib”.
Qeyd edək ki, Patrik Liljegöld bu açıqlamanı sosial şəbəkədə yayıb. Bundan sonra minlərlə sosial şəbəkə izləyicisi siyasətçiyə dəstək mesajı göndərib.
Bundan sonar İsveç polisi hadisəni araşdırdığını, lakin hələlik heç kimin həbs edilmədiyini deyib.
Xatırladaq ki, Sol Partiya İsveçdə nüfuz və təsir baxımından 6 ən güclü partiyadan biri hesab olunur.
Patrik Liljegöld isə partiyanın Falun qəsəbəsində ki, təşkilatının lideridir.