18 Sentyabr 2017 21:45
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olan ABŞ prezidenti Donald Trampın fotosunun saxta olduğu ortaya çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, prezident Trampın tərəfdarları Twitter-də bəyan ediblər ki, bu fotoları Trampa məxsusdur və mətbuat şüurlu şəkildə bunu görməzdən gəlir.

Prezidentin tərəfdarları ABŞ-ın öndə gedən media orqanlarının bu fotolara diqqət ayırmamasını da ciddi tənqid ediblər.

Lakin sonradan Trampın tərəfdarlarının Twitter-də paylaşdığı fotoların prezidentə məxsus olmadığı, əslində fotoşop olduğu bəlli olub. Hətta fotoların orjinalı da tapılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər