4 May 14:28
4 800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrelin Ukrayna ilə bağlı bəyanatına cavab verib.

Teleqraf.com xəbər verir ki, rusiyalı diplomat bu barədə Teleqram kanalında yazıb.

“Möhtəşəm etiraf. “Sülh formulu” budur – Qərbin Kiyev rejiminə silah tədarükünün dayandırılması”, - Zaxarova vurğulayıb.

Borrel bundan əvvəl bildirmişdi ki, Qərbdən silah təchizatı olmasa, Ukrayna iki həftəyə təslim olacaq:

“Müharibənin necə dayandırıla biləcəyi mənə məlumdur, bunun üçün silah tədarükünü dayandırmalıyıq. Silah tədarükü dayandırıldıqdan sonra iki həftə ərzində Ukrayna təslim olacaq. Amma mən müharibənin belə bitməsini istəmirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu