27 Avqust 2020 19:14
2 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaqauz Muxtar Respublikasının Prezidenti İrina Vlax Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, Vlax çıxışında Türkiyənin qaqauzlara yaxın və dost ölkə olduğunu bildirib.

“Türkiyə muxtar bölgənin qurulması məsələsində qaqauz xalqına yardım edərək, 30 ildir sosial, iqtisadi və siyasi problemlərin həllində bizim yanımızdadır”, - xanım prezident vurğulayıb.

O, Türkiyənin Qaqauzda müxtəlif layihələr həyata keçirdiyini dilə gətirib. İrina Vlax Türkiyənin paytaxt Komratda konsulluğunun açılacağını deyib: “Qaqauzda ilk dəfə bir konsulluq açılır. Bu, Türkiyə və Qaqauz Muxtar Respublikası arasındakı münasibətləri daha da gücləndirəcək”. O, Qaqauz Muxtar Respublikasına dəstəyə görə, Türkiyə xalı və Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər