Rumıniyada prezident seçkiləri bu gün başlanıb. Ölkə üzrə bütün yaşayış məntəqələrində seçki məntəqələri açılıb və vətəndaşlar səsverməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, Rumıniyanın daimi seçki orqanı prezident seçkilərini müşahidə etmək üçün 178 akkreditasiya verib. Bu akkreditasiyaların əksəriyyəti müxtəlif birliklər və fondlar tərəfindən tələb edilib.
Prezidentliyə 13 namizəd mübarizə aparır. Seçki qanunlarına əsasən, Rumıniyada seçkilər üçün iştirakçı sayı ilə bağlı heç bir məhdudiyyət yoxdur; yəni seçkilər istənilən sayda seçici ilə etibarlı hesab ediləcək.
Rumıniya qanunlarına əsasən, prezidentliyə namizədin siyahılar üzrə səslərin yarısından çoxunu alması qalib gəlməsi üçün kifayətdir. Əgər heç bir namizəd 50 faizdən çox səs toplamasa, iki həftə sonra ikinci tur keçiriləcək və ən çox səs toplayan namizəd qalib sayılacaq.
Rumıniyanın prezidentinin səlahiyyətləri arasında milli təhlükəsizlik, xarici siyasət və digər mühüm sahələrdə vacib qərarların qəbul edilməsi yer alır. Prezident seçkiləri 5 illik müddətə keçirilir.