6 Mart 08:42
248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada istilik elektrik stansiyasında (İES) baş verən partlayış nəticəsində 16 nəfər xəsarət alıb. Hadisə Rusiya Federasiyasının Tıva Respublikasının Uluq-Xem rayonundakı Şaqoran İES-də baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Uluq-Xem rayon administrasiyasının sədr müavini Buyan Maskır bildirib.

Onun sözlərinə görə, obyektdə olan qalan şəxslərin vəziyyəti normaldır.

Tıva hökuməti bu məlumatı təsdiqləyib, yaralananların vəziyyəti dəqiqləşdirilir. Bildirilib ki, Şaqoran İES-də dörd qazanxananın heç biri zədələnməyib və ştat rejimində işləyir.


Müəllif: Teleqraf.com