2 May 12:07
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Qərbə inteqrasiyası prosesi təhlükə altındadır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

ABŞ rəsmisi bildirib ki, Tiflisin bəyanatları və davranışları Avropa Birliyi və NATO üzvlüyünün əsasını təşkil edən demokratik dəyərlərlə bir araya sığmır və Gürcüstanın Avroatlantik inteqrasiyasına təhlükə yaradır.

“Birləşmiş Ştatlar Gürcüstan parlamentinin qəbul etdiyi Kremldən ilhamlanan “Xarici təsir” qanununu və hökumət rəsmilərinin bunu müdafiə etmək üçün verdiyi yalan bəyanatları pisləyir. Hakim partiyanın üzvləri açıq şəkildə bildirirlər ki, qanunun məqsədi tənqidçiləri susdurmaq və Gürcüstanın fəal vətəndaş cəmiyyətini məhv etməkdir, bu, istənilən demokratik ölkədə hakimiyyət üçün mühüm maneə rolunu oynayır”, - Miller vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu