17 May 10:30
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nazənin Salayeva "Xəzər axşamı” verilişində ilk dəfə plastik əməliyyatından danışıb.

Teleqraf.com xəbər verir ki, müğənni plastik əməliyyatdan 17 gün sonra efirə çıxdığını bildirib.

"Hətta tikişlərim belə sökülməmişdi. Hər şeyə hazır idim, hətta tənqidlərə belə...İnsanlar var, bilmirlər ki, o tənqid etdikləri şəxs əməliyyat olunub, yoxsa yox. Sosial şəbəkələrdə yazırdılar ki, Maykl Ceksona oxşayır. Keçirdiyim plastik əməliyyatın üzərindən bir il keçməyib. Əməliyyat olunandan sonra dərhal effekt almaq olmur. Gərək bir müddət keçsin ki, şiş yatsın və nəticə bilinsin. Plastik cərrah mənim üzümü çox dartmayıb, üzümdəki, təbiiliyi qoruyub, saxlayıb. Mən əksinə yazılanları sevirəm. Çünki uğurum var", - deyib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər