2 May 13:37
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 2023-cü ilin dekabr ayının əvvəlindən təslim olmalarına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin ən azı 15 əsgərini edam edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatı məlumat yayıb.

Təşkilat xatırladır ki, müharibə qanunlarına görə, belə hallarda hərbçilərin öldürmək və işgəncə vermək hüququ yoxdur. Buna görə də, HRW qeyd edir ki, bu hallar hərbi cinayət hesab edilməli və lazımi araşdırmalar aparılmalıdır.

“Human Rights Watch” ötən ilin 2-27 dekabr tarixləri, eləcə də fevralın 25-də sosial şəbəkələrdə yayımlanan dron görüntülərini nəzərdən keçirib və ən azı 12 Ukrayna əsgərinin müharibə qanunlarını pozaraq edam edildiyini üzə çıxarıb. Üç edam hadisəsindən ikisinin yerini təsdiqləmək mümkün olub.

HRW dördüncü edam hadisəsini (19 fevralda şəbəkədə dərc edilmiş videoklip əsasında) - iki rus əsgərinin üç silahsız ukraynalı əsgəri güllələməsini də xatırladıb.

Beşinci hala gəlincə, HRW müsahibədə edamdan danışan ukraynalı əsgərlərdən birinin ifadəsini istintaqa əsas kimi götürüb (video fevralın 18-də şəbəkədə yayımlanıb). Hüquq müdafiəçilərinin topladığı məlumatlar Rusiyanın həmin vaxt 6 Ukrayna əsgərini edam etdiyini iddia etməyə imkan verir.


Müəllif: Mənsur Rəğbətoğlu