14 Mart 22:42
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Zəngəzur dəhlizinin Kalininqrad statusu ilə açılmasını istəyir.

Teleqraf.com xəbər verir ki, bunu erməni türkoloq Varujan Qeqamyan deyib.

“Türkiyə mətbuatı Antalya Diplomatiya Forumu zamanı keçirilən Ermənistan-Türkiyə danışıqlarının mühüm detallarını dərc edib. Məlumata görə, Sərdar Kılıçın başçılıq etdiyi Türkiyə nümayəndə heyəti Ermənistan nümayəndələrinə Zəngəzura Kalininqrada bənzər modellə xüsusi statusun verilməsini təklif edib. Bu, həm də Zəngəzura muxtariyyətin verilməsini nəzərdə tutur”, - ekspert bildirib.

Qeqamyanın iddiasına görə, hazırda Türkiyənin əsas hədəflərindən biri Zəngəzurdur. Onun fikrincə, gələcəkdə dəhliz açıldıqdan sonra Türkiyənin nəzarəti altında olacaq Zəngəzura xüsusi status təklif olunacaq.

Qeqamyan gələcəkdə azərbaycanlıların Zəngəzura qayıdacaqlarını da iddialarına əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu