2 May 11:58
11 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Ermənistan Baş naziri Nikol Paşinyandan Milli Təhlükəsizlik Xidmətinin ləğvini tələb edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Milli Təhlükəsizlik Xidmətində bu qurumun mümkün ləğvi ilə bağlı müzakirələr başlayıb. Mənbələrimiz deyirlər ki, Ermənistanın təhlükəsizlik orqanının birbaşa Rusiyanın təsiri altında olması, əməkdaşlarının ruslarla şəxsi əlaqələri və baxışlarının moskvayönlü olması əsas götürülərək, Milli Təhlükəsizlik Xidmətinin ləğvi tələbi Qərb tərəfindən irəli sürülüb”, - məlumatda deyilir.

Qərb şübhələnir ki, Milli Təhlükəsizlik Xidməti Ermənistanda baş verənlər barədə məlumat əldə etdiyi əsas qurumdur.

“Ləğvi planlaşdırılan Milli Təhlükəsizlik Xidmətinin funksiyalarının necə davam etdiriləcəyinə gəlincə, Qərb rolları Daxili İşlər Nazirliyi və yeni yaradılan Xarici Kəşfiyyat Xidməti arasında bölüşdürüb”, - nəşr qeyd edir.


Müəllif: Mənsur Rəğbətoğlu