2 May 11:22
2 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əleyhinə “artsax komitəsi” adlı separatçı qurum yaradan Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan separatçılarla görüşdən yayınır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr bildirir ki, Oskanyan bir həftədir xaricdən Ermənistana qayıdıb, amma hələ də separatçılarla görüşməyib. Sabiq nazir martın əvvəlindən Avropa ölkələri və ABŞ-də səfərdə idi. Oskanyan bu ölkələrdə müxtəlif rəsmilərlə görüşlər keçirib.

Oskanyanın iddiasına görə, əsas hədəfi Qarabağ ermənilərinin geri qaytarılmasına nail olmaqdır. Planlaşdırılmışdı ki, Ermənistana qayıdandan sonra separatçılarla görülən işləri müzakirə edəcək. Amma indiyədək nə görüş keçirilib, nə də separatçıların “qərar”ı ilə yaradılan “komitə”nin iclası baş tutub.

Oskanyan mayın 5-də yenidən Ermənistandan ayrılacaq. Separatçılar “Hraparak”a sabiq nazirin onlarla görüşdən və görülən işlər bağlı danışmaqdan yayınmasından şikayətləniblər.

Görünən budur ki, Oskanyan özünə əlavə qazanc yeri tapıb, əsas məqsədi də bu separatçı mövzu üzərindən Qərbdə dilənməkdir. Hər halda Qərbdəki erməni diasporu və lobbisi, eləcə də bəzi siyasi mərkəzlər belə mənasız işlərə pul xərcləməyi sevirlər.


Müəllif: Mənsur Rəğbətoğlu