11 Avqust 2017 01:52
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arda Turana qapımız açıqdır”.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının rəhbəri Yıldırım Dəmirörən bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, iki gün öncə Türkiyə millisinin baş məşqçisi Mirçea Luçesku Arda Turanla görüşərək onun milliyə qayıtmaqla bağlı fikirlərini öyrənib. Arda Turan təklifi dəyərləndirəcəyini bildirib.

TFF prezidenti Yıldırım Dəmirörən qeyd edib ki, Mirçea Luçesku ilə Arda Turan arasındakı görüş müsbət nəticə verib: “Biz kapitanımıza inzibati cəza vermişdik, heyətdən müddətsiz uzaqlaşdırmamışdıq. Arda özü millidən getdiyini açıqlamışdı. Baş məşqçimizlə görüşdü, qapımız açıqdır”.

Qeyd edək ki, Arda Turan jurnalist Bilal Meşeyə hücum etdiyi üçün heyətdən uzaqlaşdırılmış, ardınca isə futboçu milli karyerasını bitirdiyini açıqlamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər