2 May 15:02
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir su anbarında, Xəzər dənizinin Bakı şəhəri, Neftçala, Xaçmaz rayonları, Xəzərin Astara rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin Mingəçevir şəhər sakini Zöhrab Hacıyev, Bakı şəhər sakini Rahib Ağayev, Neftçala rayon sakinləri Mirəfqan Əmirov, Əzim Musayev, Siyəzən rayon sakini Coşqun Səmədov, Astara rayon sakini Şahhüseyn Qəhrəmanov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və xeyli sayda qanunsuz ovlanmış balıq aşkar edilərək götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunmüvafiq tədbir görülüb.

Qeyd edək ki, balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib.


Müəllif: Teleqraf.com